UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlanacaq.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb təşkilatçıların püşkatma zamanı kobud səhvə yol verməsidir.
Tədbir bu gün Bakı vaxtı ilə saat 18:00-da yenidən keçiriləcək.
İngiltərənin "Mançester Yunayted" və "Liverpul" klublarının adlarının yazıldığı şarlar səhvən fərqli qutulara qoyulub. Nəticədə "qırmızı şeytanlar" əvvəlcə eyni qrupda mübarizə apardığı İspaniya "Vilyarreal"ına rəqib olub. Səhv qısa zamanda aradan qaldırılsa da, bu dəfə La Liqa təmsilçisinin potensial rəqibləri arasında mersisaydlılar olmayıb.
Həmçinin İspaniya "Atletiko"sunun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı "Liverpul"un adının yazıldığı şar qoyulub. “Mançester Yunayted”ın adı isə həmin siyahıda yer almayıb.