Çempionlar Liqasının oyunu zamanı 5 nəfər ölüb

Çempionlar Liqasının oyunu zamanı 5 nəfər ölüb Daha 7 nəfər xəsarət alıb
Futbol
138
17 Sentyabr , 2018 17:39
Çempionlar Liqasının oyunu zamanı 5 nəfər ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Anqolanın paytaxtı Luandada yerli “Primeyru di Aqoştu” və Konqo Demokratik Respublikasının “TP Mazembe” komandaları arasında Afrika Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçından sonra baş vermiş sıxlıq nəticəsində 5 nəfər ölüb.

“Report” Anqolanın Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 min azarkeşin gəldiyi oyunda eyni səbəbdən daha 7 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, matçdan sonra bağlı qapıların gec açılması səbəbindən tamaşaçılar çıxışa doğru qaçmağa başlayıblar. Bu zaman böyük sıxlıq yaranıb. Bəzi şəxslərin polis atlarının ayaqları altında qaldığı bildirilir.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, oyun qolsuz yekunlaşıb.  

Son xəbərlər

Orphus sistemi