Çempionlar Liqasının oyunları Qətərdə olacaq

Çempionlar Liqasının oyunları Qətərdə olacaq Qətər Futbol Assosiassiya Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının oyunlarına ev sahibliyi edəcək.
Futbol
16 İyul , 2020 13:45
Çempionlar Liqasının oyunları Qətərdə olacaq

Qətər Futbol Assosiassiya Qərb bölgəsi üzrə Asiya Çempionlar Liqasının oyunlarına ev sahibliyi edəcək. 

"Report" Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, 14 sentyabr  - 3 oktyabr tarixlərində, qrup mərhələsindən yarımfinala qədər bütün matçlar Qətərdə baş tutacaq. 

Şərq Bölgəsində keçiriləcək oyunlar üçün müraciətlər iyulun 24-də başa çatacaq. 

Qeyd edək ki, AFC koronavirus pandemiyasına baxmayaraq, 2020-ci il klub yarışını bitirmək niyyətində olduğunu təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi