Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədlər açıqlanıb

Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədlər açıqlanıb Bakı. 20 sentyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədləri açıqlayıb.
Futbol
20 Sentyabr , 2018 11:15
Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədlər açıqlanıb
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının ilk həftəsinin ən yaxşı futbolçu və qolu üçün namizədləri açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına İspaniya “Barselona”sının hücumçusu Lionel Messi, İngiltərə “Liverpul”unun yarımmüdafiəçisi Ceyms Miller, Fransa “Lion”unun forvardı Nabil Fekir və İngiltərə “Mançester Yunayted”inin yarımmüdafiəçisi Pol Poqba namizəd göstərilib.

Digər siyahıda isə “Barselona”nın hücumçusu Usman Dembelenin Hollandiya PSV-sinə (4:0), İtaliya “İnter”inin forvardı Mauro İkardinin İngiltərə “Tottenhem”inə (2:1), İspaniya “Real Madrid”inin ön xətt oyunçusu Mariano Diasın İtaliya “Roma”sına və Almaniya “Bavariya”sının yarımmüdafiəçisi Renatu Sanşeşin Portuqaliya “Benfika”sına vurduğu qollar yer alıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.  

Son xəbərlər

Orphus sistemi