Çempionlar Liqasının finalı üçün biletlərin qiymətləri açıqlanıb

Çempionlar Liqasının finalı üçün biletlərin qiymətləri açıqlanıb Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərin qiymətləri bəlli olub
Futbol
19 Yanvar , 2022 13:17
Çempionlar Liqasının finalı üçün biletlərin qiymətləri açıqlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu üçün biletlərin qiymətləri bəlli olub.

"Report"un məlumatına görə, I kateqoriya biletlər 690 avro, II kateqoriya 490 avro, III kateqoriya isə 90 avroya satışa çıxarılıb.

İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti 1390 avro olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də "Qazprom Arena"da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi