​Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

​Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb Turnirin finalçıları Almaniya klublarına rəqib olub
Futbol
15 Dekabr , 2014 15:35
​Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, İsveçin Nyon şəhərində təşkil olunmuş tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalar bir-birinə rəqib olublar. 

Turnirin finalçıları İspaniyanın "Real Madrid" və "Atletiko" klubları Almaniya təmsilçiləri "Bayer" və "Şalke"yə rəqib olublar. Bundesliqanın ən titullu klubu "Bavariya" isə postsovet məkanında mübarizəni davam etdirən yeganə komandaya - Ukrayna "Şaxtyor"una rəqib olub. 

Püşkatmanın nəticələri:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
"Bayer" (Almaniya) - "Atletiko" (İspaniya)
"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Şalke" (Almaniya) - "Real Madrid" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bavariya" (Almaniya)
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bazel" (İsveçrə) - Portu" (Portuqaliya)

Qeyd edək ki, ilk oyunlar 2015-ci ilin 17-18 və 24-25 fevralında, cavab görüşləri isə 10-11 və 17-18 mart tarixlərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi