Çempionlar Liqasının final mərhələsi Belarusdan alındı

Çempionlar Liqasının final mərhələsi Belarusdan alındı Buna koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub
Futbol
23 Fevral , 2021 19:22
Çempionlar Liqasının final mərhələsi Belarusdan alındı

Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final mərhələsinin oyunları Belarusun paytaxtı Minskdə keçirilməyəcək.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

Bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alan qitə futbol qurumu matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə məsləhətləşən UEFA final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib. Matçlar 28 aprel - 3 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi