Çempionlar Liqasının bu mövsüm üzrə finalının kubok və loqotipi təqdim olunub - FOTO

Çempionlar Liqasının bu mövsüm üzrə finalının kubok və loqotipi təqdim olunub - FOTO Təqdimat Kiyevdə baş tutub
Futbol
13 Dekabr , 2017 00:57
Çempionlar Liqasının bu mövsüm üzrə finalının kubok və loqotipi təqdim olunub - FOTO

Bakı. 13 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə Çempionlar Liqasının 2017/18-ci illər mövsümü üzrə finalının kubok və loqotipinin təqdimatı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) mətbuat xidməti məlumat yayıb.

Təntənəli tədbirdə UFF-nin prezidenti Andrey Pavelko, Kiyevin meri Vitali Kliçko, həmçinin finalın səfiri, yaxın keçmişin məşhur futbolçusu, hazırda isə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko iştirak edib.

Çempionlar Liqasının cari turnirinin finalı 26 may 2018-ci il tarixində Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi