Texniki məğlubiyyət alan klub CAS-a müraciət etdi

Texniki məğlubiyyət alan klub CAS-a müraciət etdi Slovakiyanın "Slovan" komandasıÇempionlar Liqasının I təsnifat mərhələsində texniki məğlubiyyət aldığı üçünİdman Arbitraj Məhkəməsinə(CAS) müraciət edib.
Futbol
303
26 Avqust , 2020 16:22
Texniki məğlubiyyət alan klub CAS-a müraciət etdi

Slovakiyanın "Slovan" komandası Çempionlar Liqasının I təsnifat mərhələsində texniki məğlubiyyət aldığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. 

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Bratislava təmsilçisi CAS-ın qərarı çıxana qədər turnirin II təsnifat mərhələsindəki “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları) matçının təxirə salınmasını tələb edib. 

UEFA hələ ki, məsələ ilə bağlı şərh verməyib.  

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Klaksvik” – “Slovan” matçı Slovakiya təmsilçisinin oyunçularının koronavirusa yoluxması səbəbindən iki dəfə təxirə salınıb. UEFA daha sonra "Slovan"a texniki məğlubiyyət verib. 

Son xəbərlər

Orphus sistemi