Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub Bakı. 20 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.
Futbol
144
20 Sentyabr , 2018 01:24
Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub

Bakı. 20 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə 8 görüş keçirilib. Ötən turnirin qalibi olan İspaniya "Real Madrid"i doğma meydanda İtaliyanın "Roma" klubunu sınağa çəkib. Görüş "Kral klubu"nun böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

"Real Madrid"in sabiq futbolçusu Kriştianu Ronaldunun hazırkı komandası İtaliya "Yuventus"u isə İspaniyada "Valensiya"ya penalti qolları ilə qalib gəlib - 2:0. Turin təmsilçisi qələbəyə məhz Ronadunun qırmızı vərəqə almasından sonra azlıqda qaldığı halda nail olub. Miralem Pyaniç hər iki penaltidən dəqiq yararlanıb.

Eyni hesabla Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya qalib gəlib. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Yanq Boyz"u, "Ayaks" Hollandiyada Yunanıstan AEK-ini darmadağın edib - 3:0.

Ukrayna təmsilçisi "Şaxtyor" evdə Almaniya "Hoffenhaym"ı, Rusiya MOİK-i isə Çexiyada "Viktoriya" ilə görüşlərdə məğlubiyyətdən qurtulub - 2:2.

Gecənin sensasiyası isə "Mançester Siti"nin İngiltərədə Fransa "Lion"una uduzması olub - 1:2.

Çempionlar Liqası, I tur

19 sentyabr

E qrupu

20:55. "Ayaks" (Hollandiya) - AEK (Afina, Yunanıstan) - 3:0

Qollar: Nikola Talyafiko, 46; 90. Donni van de Beek, 77

23:00. "Benfika" (Portuqaliya) - "Bavariya" (Münhen, Almaniya) - 0:2

Qollar: Robert Levandovski, 10. Renato Sançes, 54

F qrupu

20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Hoffenhaym" (Almaniya) - 2:2

Qollar: İsmaili, 27; Maykon, 81 - Florian Qrillitş, 6. Havard Nordtvayt, 38

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:2

Qollar: Bernardo Silva, 67 - Maksvel Korne, 26. Nabil Fekir, 43

G qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - MOİK (Moskva, Rusiya) - 2:2

Qollar: Mixael Krmençik, 29; 41 - Fyodor Çalov, 49.

23:00. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 3:0

Qollar: İsko, 45. Qaret Beyl, 58. Mariano Dias, 90+2

H qrupu

23:00. "Valensiya" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:2

Qol: Miralem Pyaniç, 45; 51 (hər ikisi pen.)

Qırmızı vərəqə: Kriştianu Ronaldu, 29 ("Yuventus")

23:00. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 0:3

Qollar: Pol Poqba, 35; 44 (pen.)

Son xəbərlər

Orphus sistemi