Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib - SİYAHI

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib - SİYAHI Son iki yer "Beşiktaş"la "Roma"ya nəsib olub
Futbol
1153
29 May , 2017 03:20
Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib - SİYAHI

Bakı. 29 may. REPORT.AZ/ 2017-2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqəni təmin edən komandaların adları müəyyənləşib. "Report"un məlumatına görə, son vəsiqələrə Türkiyə çempionu "Beşiktaş"la İtaliya vitse-çempionu "Roma" sahib olub.

12 ölkədən 22 komandanın yer aldığı siyahıya İngiltərə "Mançester Yunayted"i Avropa Liqasının qalibi kimi düşüb. Qalan 10 vəsiqənin sahibi təsnifat və "pley-off" mərhələlərinin yekununda məlum olacaq. Azərbaycan çempionu "Qarabağ" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ağdam komandası həm bu, həm də III təsnifat mərhələsində Səpələnmişlər səbətində yer alacaq.

İspaniya: "Real Madrid", "Barcelona", "Atletiko" (Madrid)

Almaniya: "Bavariya", "Leyptsiq", "Borussiya" (Dortmund)

İngiltərə: "Çelsi", "Tottenhem", "Mançester Siti", "Mançester Yunayted"

İtaliya: "Yuventus", "Roma"

Portuqaliya: "Benfika", "Portu"

Fransa: "Monako", PSJ

Rusiya: "Spartak" (Moskva)

Ukrayna: "Şaxtyor" (Donetsk)

Belçika: "Anderlext"

Hollandiya: "Feyenoord"

Türkiyə: "Beşiktaş"

İsveçrə: "Bazel"

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 12-də start veriləcək və mübarizəyə dekabrın 6-da yekun vurulacaq. Püşkatma mərasimi isə avqustun 24-də Monakoda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi