Çempionlar Liqası: "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib - FOTO - VİDEO

Çempionlar Liqası: "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib - FOTO - VİDEO Futbol üzrə Çempionlar Liqasında ilk finalçı İngiltərənin Liverpul komandası olub.
Futbol
8 May , 2019 00:55
Çempionlar Liqası: Liverpul ardıcıl ikinci mövsüm finala yüksəlib - FOTO - VİDEO

Futbol üzrə Çempionlar Liqasında ilk finalçı İngiltərənin "Liverpul" komandası olub.

"Report"un məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.

Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.

Beləliklə, "Liverpul" inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün Hollandiyada "Ayaks" və İngiltərə "Tottenhem"i ilə matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi