Çempionlar Liqasında ilk dəfə VAR sistemi tətbiq olunub

Çempionlar Liqasında ilk dəfə VAR sistemi tətbiq olunub "Ayaks"ın "Real"ın qapısına vurduğu qol ləğv edilib
Futbol
14 Fevral , 2019 03:47
Çempionlar Liqasında ilk dəfə VAR sistemi tətbiq olunub

Bakı. 14 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ilk dəfə VAR sistemi tətbiq olunub.

“Report” xəbər verir ki, bu, "Ayaks""Real" arasında keçirilən 1/8 final oyununa (1:2) təsadüf edib.

Matçın 37-ci dəqiqəsində "Ayaks" qonaqların qapısına qol vurub. Künc zərbəsindən sonra "Real"ın qapıçısı Tibo Kurtua üzərinə gələn topu qaytarıb, lakin "Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko baş zərbəsi ilə topu tora göndərib. Bununla belə qol qeydə alınmayıb. Sloveniyalı hakim Dario Skomina videotəkrara baxdıqdan sonra amsterdamlıların ofsaydda olan forvardı Duşan Tadiçin Kurtuaya mane olduğunu hesab edib.

Hazırkı turnirdə VAR-dan "play-off"un ilk mərhələsində istifadəsinə başlanması qərara alınıb. Daha əvvəl keçirilən oyunlarda VAR-dan istifadəyə zərurət yaranmayıb.

Son xəbərlər

Orphus sistemi