Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb Bakı. 4 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
Futbol
4 Oktyabr , 2018 11:00
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, II turdakı çıxışlarına görə, ən yaxşı futbolçu adına Paulo Dibala (“Yuventus”), Neymar (PSJ), Edin Ceko (“Roma”) və Lionel Messi (“Barselona”) iddia edir.

Ən yaxşı qola gəlincə, siyahıda “Yuventus”un forvardı Dibalanın “Yanq Boyz”a (3:0), PSJ-nin hücumçusu Neymarın “Srvena Zvezda”ya (6:1), “Brügge”nin oyunçusu Arno Qruneveldin “Atletiko”ya (1:3) və “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Tottenhem”ə (4:2) vurduğu qol yer alıb.

Qeyd edək ki, qaliblər UEFA-nın saytına aparılan səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi