Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
14 Dekabr , 2018 15:59
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun forvardı Leroy Sane azarkeşlər tərəfindən aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

22 yaşlı hücumçu bu nominasiyada Neymar (PSJ, Fransa), Endryu Robertson ("Liverpul", İngiltərə) və Qiyomo Oaronu ("Yanq Boyz", İsveçrə) geridə qoyub.

Qeyd edək ki, Leroy Sane VI turda Almaniya "Hoffenhaym"ını 2:1 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi