Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb VI turun ən yaxşısı seçilməyə 8 oyunçu iddialıdır
Futbol
7 Dekabr , 2017 12:31
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu olmağa namizədlər açıqlanıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VI turun oyunçusu adına 8 oyunçu iddialıdır.

Seçim Filippe Koutinyo (“Liverpul”, İngiltərə), Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya), Son Xın Min (“Tottenhem, İngiltərə”), Bernard (“Şaxtyor”, Ukrayna), Xuan Kuadrado (“Yuventus”, İtaliya), Korentin Tolisso (“Bavariya”, Almaniya), Eden Azar (“Çelsi”, İngiltərə) və Pako Alkaser (“Barselona”, İspaniya) arasında aparılacaq.

Qeyd edək ki, azarkeşlər arasındakı səsvermə dekabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi