UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Futbol
11 Aprel , 2019 09:22
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

"Report"un məlumatına görə, iddiaçılar siyahısına 4 oyunçu düşüb. Bunlar İngiltərə "Liverpul"unun hücumçusu Roberto Firmino, "Tottenhem"in forvardı Son Hın Min, Hollandiya "Ayaks"ının yarımmüdafiəçisi Frenki de Yonq və İspaniya "Barselona"sının müdafiəçisi Jerar Pikedir.

Portuqaliya "Portu"su ilə qarşılaşmada Firmino qol və məhsuldar ötürmə müəllifi olub. Son Hın Min "Mançester Siti" ilə görüşdə yeganə qola imza atıb. De Yonqun İtaliya "Yuventus"u ilə matçda ötürmə dəqiqliyi 91 faiz təşkil edib. Pikedə isə "Mançester Yunayted"lə oyunda bu göstərici 94 faizə çatıb. 

Qeyd edək ki, "Tottenhem" evdə "Mançester Siti"ni, "Barselona" səfərdə "Mançester Yunayted"i yenib - 1:0. "Liverpul" evdə "Portu"ya 2:0 hesabı ilə qalib gəldiyi halda, "Ayaks" - "Yuventus" qarşılaşmasında qalib müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi