Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
"Report"un məlumatına görə, qarşılaşmalar İngiltərə və İtaliyada baş tutub.
Londonda "Arsenal" İspaniyanın "Barselona" klubunu qəbul edib. Görüş qonaqların 2:0-lıq qələbəsi ilə başa çatıb.
Gecənin digər görüşündə isə İtaliya "Yuventus"u ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib. Turində keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib və 2:2 hesabı ilə yekunlaşıb.
Çempionlar Liqası, 1/8 final
"Arsenal" - "Barselona" - 0:2
Qollar: Lionel Messi, 71 (0-1), Lionel Messi, 84 (pen. 0-2)
"Yuventus" - "Bavariya" - 2:2
Qollar: Thomas Müller, 43 (0-1), Aryen Robben, 55 (0-2), Paulo Dibala, 63 (1-2), Stefano Sturaro, 76 (2-2).



