​Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

​Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür Oyunlar Lissabon və Parisdə keçiriləcək
Futbol
104
16 Fevral , 2016 11:05
​Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 4 komanda meydana çıxacaq.

Portuqaliyanın "Benfika" klubu doğma azarkeşlər önündə Rusiya "Zenit"ini qəbul edəcək. Komandalar bugünədək qitənin ən nüfuzlu klub turnirində 4 dəfə qarşılaşıblar. Bu qarşılaşmaların 3-ü Rusiya, 1-i isə Portuqaliya təmsilçisinin qələbəsi ilə başa çatıb. "Zenit" 7, "Benfika" isə 4 qol vurub. Lissabondakı "Eştadiu da Luj"da keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Gecənin digər oyunu isə Fransada PSJ və İngiltərənin "Çelsi" klubları arasında keçiriləcək. Cütlüyün statistikasında əsasən, bərabərliklər diqqət çəkir. Bu günə qədər Çempionlar Liqasında 6 dəfə qarşılaşan komandalar 3 oyunda meydanı "sülh"lə tərk ediblər. Qalan 3 matçdan 2-si London, 1-i isə Paris klubunun qələbəsi ilə başa çatıb. Rəqib qapısına 9 qol vuran "zadəganlar" 8 dəfə topu tordan çıxarıb. Maraqlı məqam isə bu komandaların ardıcıl 3-cü mövsüm qrupdan sonrakı mərhələlərdə üz-üzə gəlmələridir. Oyun Parisdəki "Park de Prens" stadionunda keçiriləcək.

Çempionlar Liqası, 1/8 final

23:45. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Lissabon. "Eştadiu da Luj".

23:45. PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

Baş hakim: Kаrlos Velasko Karbalyo

Paris. "Park de Prens".

Qeyd edək ki, digər oyunlar 17, 23 və 24 fevralda, cavab görüşləri isə martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi