Çempionlar Liqası: Daha 3 komanda 1/8 finalda, "Barselona" mübarizəni dayandırıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finalda, "Barselona" mübarizəni dayandırıb UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 2 oyunu keçirilib.
Futbol
9 Dekabr , 2021 01:52
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finalda, Barselona mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində VI turun daha 5 oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da 1/8 finala növbəti 3 vəsiqənin sahibi müəyyənləşib.

Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda baş tutub. Növbəti raunda vəsiqəni təmin etmiş Almaniya "Bavariya"sı ikinci yer uğrunda mübarizə aparan İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda "Benfika" Portuqaliyada qrupda heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını 2 cavabsız qolla məğlub edib. Bu nəticələrdən sonra "Benfika" 1/8 finala, ÇL-də mübarizəni dayandıran "Barselona" isə Avropa Liqasının pley-offuna yollanıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu evdə İsveçrə "Yanq Boyz"u ilə heç-heçə edib. İtaliyada "Atalanta" və İspaniya "Vilyarreal"ı arasındakı oynanılmalı olan qarşılaşma isə güclü qar səbəbindən təxirə salınıb. Bu səbəbdən qrupda 1/8 finala 2-ci vəsiqənin sahibi hələ dəqiqləşməyib. Əvəzində isə "Yanq Boyz"un qrup sonuncusu olması rəsmiləşib.

G qrupunda Avstriya "Zaltsburq"u evdə İspaniya "Sevilya"sına, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"a qalib gələrək, növbəti mərhələyə adlayıblar. "Sevilya" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22

00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62

Xal durumu: "Bavariya" - 18, "Benfika" - 8, "Barselona" - 7, "Dinamo" - 1.

F qrupu

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42

00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:0 (TƏXİRƏ SALINIB)

Xal durumu: "Mançester Yunayted" - 11 (6 oyuna), "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 5 (6).

G qrupu

00:00. "Zaltsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0

Qol: Noa Okafor, 50

Qırmızı vərəqə: Joan Jordan Moreno, 64 ("Sevilya")

00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3

Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78

Xal durumu: "Lill" - 11, "Zaltsburq" - 10, "Sevilya" - 6, "Volfsburq" - 5.

H qrupu

21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qol: Moyze Kin, 18

21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85 Romelu Lukaku, 62

Xal durumu: "Yuventus" - 15, "Çelsi" - 13, "Zenit" - 5, "Malmö" - 1.

Qeyd edək ki, bunadək Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala adlayıb.

23:39

UEFA Çempionlar Liqasının qrup mərhələsində VI turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, hər iki qarşılaşma H qrupunda baş tutub.

1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliya "Yuventus"u evdə İsveç "Malmö"sü ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımdan önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Nəticədə "qoca sinyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

H qrupu

21:45. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qol: Moyze Kin, 18

21:45. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85. Romelu Lukaku, 62

Xal durumu: "Yuventus" - 15, "Çelsi" - 13, "Zenit" - 5, "Malmö" - 1.

Qeyd edək ki, bunadək "Yuventus" və "Çelsi" ilə yanaşı, Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul" və "Mançester Yunayted", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları 1/8 finala vəsiqə əldə edib.

Son xəbərlər

Orphus sistemi