​Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

​Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb "Real Madrid" "Mançester Siti"yə rəqib olub
Futbol
15 Aprel , 2016 12:44
​Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında keçirilib.

Final matçının səfiri, ötənlərin tanınmış futbolçusu Deyan Stankoviçin çəkdiyi püşk nəticəsində İngiltərənin "Mançester Siti" komandası İspaniya "Real Madrid"inə, "Atletiko" isə Almaniya "Bavariya"sına rəqib olub. "Mançester Siti" - "Real Madrid" cütünün qalibi final görüşündə nominal ev sahibi olacaq. Tədbir zamanı Çempionlar Liqasının kuboku Milan şəhərinin merinə təqdim olunub.

Qeyd edək ki, yarınmfinal mərhələsində ilk oyunlar 26-27 apreldə, cavab görüşləri 3-4 mayda təşkil olunacaq. Final matçı isə mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi