Çempionlar Liqası: Türkiyəli futbolçu həftənin oyunçusu adına namizəd oldu

Çempionlar Liqası: Türkiyəli futbolçu həftənin oyunçusu adına namizəd oldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
3 Dekabr , 2020 09:00
Çempionlar Liqası: Türkiyəli futbolçu həftənin oyunçusu adına namizəd oldu
İrfan Can Kahveci

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərə "Çelsi"sindən Olivye Jiru, Türkiyə "Başakşehir"indən İrfan Can Kahveci, İtaliya "İnter"indən Romelu Lukaku və Avstriya "Zaltsburq"undan Merqim Berişa iddia edir.

Jiru İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib. Kahveci evdə Almaniya "Leyptsiq"inə 3:4 hesabı ilə uduzduqları görüşdə het-trik müəllifi olub.

Lukaku Almaniyada Mönxenqladbax "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib. Berişa isə Rusiyada Moskva "Lokomotiv"i ilə matçda eyni sayda qol vurub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi