Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.
Futbol
6 İyun , 2020 12:05
Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidir? - SİYAHI

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

"Report"un məlumatına görə, 1955 - 2020-ci illəri əhatə edən siyahıya Azərbaycanın 7 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb. 

Aktivində 15 xalı olan "Neftçi" 169-cudur. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdur. Hazırda fəaliyyət göstərməyən komanda 269-cu sıradadır. 

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

1) 84. "Qarabağ" - 41 xal

2) 169. "Neftçi" - 15 xal

3) 269. "Bakı" - 6 xal

4) 294. "Keşlə" (İnter) - 5 xal

5) 396. "Şəmkir" - 2 xal 

6) 397. "Kəpəz" - 2 xal

7) 424. "Xəzər Lənkəran" - 1 xal

Son xəbərlər

Orphus sistemi