Çempionlar Liqası: "Şerif" üç nəhəng klubun uğurunu təkrarlayıb

Çempionlar Liqası: "Şerif" üç nəhəng klubun uğurunu təkrarlayıb Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasında yeni uğura imza atıb
Futbol
29 Sentyabr , 2021 09:07
Çempionlar Liqası: Şerif üç nəhəng klubun uğurunu təkrarlayıb

Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

"Report" "OptaJose"yə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi buna İspaniyada "Real Madrid"i 2:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub.

"Şerif" "kral klubu"nun turnirdəki ilk ev matçında qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Daha əvvəl bunu 1962-ci ildə İtaliya "Yuventus"u, 2006-cı ildə İngiltərə "Arsenal"ı və 2009-cu ildə "Liverpul" bacarıb.

Qeyd edək ki, hazırda 6 xalı olan Moldova klubu D qrupunda liderdir.

Son xəbərlər

Orphus sistemi