Çempionlar Liqası: Ronaldu rekorda yaxınlaşdı

Çempionlar Liqası: Ronaldu rekorda yaxınlaşdı UEFA Çempionlar Liqasının E qrupunun III turunda Macarıstan "Ferentsvaroş"u ilə matç İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.
Futbol
5 Noyabr , 2020 11:34
Çempionlar Liqası: Ronaldu rekorda yaxınlaşdı
Kriştianu Ronaldu

UEFA Çempionlar Liqasının E qrupunun III turunda Macarıstan "Ferentsvaroş"u ilə matç İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

"Report" "OptaJoe"yə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.

35 yaşlı futbolçu hələlik bu göstəricidə İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə Çempionlar Liqası həyəcanını yaşayıb.

Qeyd edək ki, "Ferentsvaroş" - "Yuventus" oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldu koronavirusa yoluxduğu üçün qrup mərhələsinin ilk 2 oyununda meydana çıxa bilməyib.

Son xəbərlər

Orphus sistemi