Çempionlar Liqası: "Real Madrid" "İnter"lə, "Bavariya" “Zaltsburq”la üz-üzə

Çempionlar Liqası: "Real Madrid" "İnter"lə, "Bavariya" “Zaltsburq”la üz-üzə Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
Futbol
3 Noyabr , 2020 07:30
Çempionlar Liqası: Real Madrid İnterlə, Bavariya “Zaltsburq”la üz-üzə

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi Almaniya "Bavariya"sı Avstriyada “Zaltsburq”un qonağı olacaq. A qrupunun digər matçında "Lokomotiv" Rusiyada İspaniya "Atletiko"sunu qəbul edəcək.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada baş tutacaq. İki tur ərzində qələbə qazana bilməyən "Real Madrid" İtaliya "İnter"i ilə üz-üzə gələcək. B qrupunda Ukraynanın Şaxtyor və Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandaları da qarşılaşacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur
A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)
00:00. “Zaltsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” - 6, “Atletiko” - 3, “Lokomotiv” - 1, “Zaltsburq” - 1

B qrupu
21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Borussiya” (Mönhenqladbax, Almaniya)
00:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya)

Xal durumu: “Şaxtyor” - 4, “Borussiya” M - 2, “İnter” - 2, “Real Madrid” - 1

C qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
00:00. “Portu” (Portuqaliya) – “Marsel” (Fransa)

Xal durumu: “Mançester Siti” - 6, “Portu” - 3, “Olimpiakos” - 3, “Marsel” - 0

D qrupu
00:00. “Midtüllann” (Danimarka) – “Ayaks” (Niderland)
00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Liverpul” - 6, “Atalanta” - 4, “Ayaks” - 1, “Midtüllann” - 0

Son xəbərlər

Orphus sistemi