Çempionlar Liqası: "Qarabağ"ın keçmiş qapıçısı 3 top buraxıb, potensial rəqibləri heç-heçə edib

Çempionlar Liqası: "Qarabağ"ın keçmiş qapıçısı 3 top buraxıb, potensial rəqibləri heç-heçə edib UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Futbol
255
11 İyul , 2019 01:52
Çempionlar Liqası: Qarabağın keçmiş qapıçısı 3 top buraxıb, potensial rəqibləri heç-heçə edib

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

"Report" xəbər verir, ikinci oyun günündə Azərbaycan çempionu “Qarabağ”la Albaniya “Partizani”sinin duelindən başqa 7 qarşılaşma keçirilib. Bunlardan daha çox diqqət çəkəni Ağdam təmsilçisinin II təsnifat mərhələsindəki potensial rəqibləri - “Dundalk” (İrlandiya) və “Riqa” (Latviya) komandaları arasındakı oyun olub. Lakin bu matçda da qol vurulmayıb.

"Qarabağ"ın sabiq qapıçısı Hannes Halldorssonun hazırda çıxış etdiyi "Valür" komandası isə İslandiyada Sloveniyanın "Maribor" komandasına uduzub - 0:3. Hər üç topu start heyətdə meydana çıxan Halldorsson buraxıb. Sonuncu qol penalti ilə vurulub.

Ötən mövsüm təsnifat mərhələlərində Azərbaycan təmsilçisinin rəqibləri olmuş komandalar isə öz meydanlarında gözlənilməz nəticələrlə üzləşiblər. BATE Belarusda Polşa "Pyast"ı ilə heç-heçə edibsə, "Şerif" Moldovada Gürcüstan "Saburtalo"suna böyük hesabla uduzub.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0

21:00. BATE (Belarus) – “Pyast” (Polşa) - 1:1

21:00. “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) - 0:3

22:00. “Ferensvaroş” (Macarstan) – “Lüdoqorets” (Bolqarıstan) - 2:1

22:15. “Slovan” (Bratislava, Slovakiya) – “Sutyeska” (Monteneqro) - 1:1

22:45. “Dandolk” (İrlandiya) – “Riqa” (Latviya) - - 0:0

22:45. “Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç) - 0:2

24:00. “Valür” (İslandiya) – “Maribor” (Sloveniya) - 0:3.

Qeyd edək ki, cavab görüşləri 16-17 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi