Çempionlar Liqası oyunlarından sonra yeni rekordlar

Çempionlar Liqası oyunlarından sonra yeni rekordlar Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında İspaniya "Barselona"sının rekordunu qırıb
Futbol
18 Mart , 2021 09:25
Çempionlar Liqası oyunlarından sonra yeni rekordlar

Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında (ÇL) İspaniya "Barselona"sının rekordunu qırıb.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin hər iki matçında İtaliya "Latsio"sunu məğlub edən (4:1, 2:1) Münhen təmsilçisi 19-cu dəfə qitənin bir nömrəli klub turnirində 1/4 finala yüksəlib.

1/8 finalda Fransa PSJ-sinə iki oyunun nəticəsinə əsasən məğlub olan (4:1, 1:1) "Barselona" ÇL-də 18 dəfə 1/4 finala adlayıb.

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel isə İspaniyanın "Atletiko" (Madrid) komandasını 2:0 (ilk oyun 1:0) hesabı məğlub etdikləri 1/8 finalın cavab matçında rekorda imza atıb. Yanvarın 26-dan "zadəganlar"a rəhbərlik edən 48 yaşlı mütəxəsis ardıcıl 13 görüşdür məğlub olmur. Əvvəlki rekord 2008-ci ildə 12 matçda uduzmayan braziliyalı Luis Felipe Skolariyə məxsus olub.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 19-da atılacaq.

Son xəbərlər

Orphus sistemi