Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu

Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
10 Dekabr , 2020 09:00
Çempionlar Liqası: Neymar və Benzema həftənin futbolçusu adına namizəd oldu
Neymar və Kərim Benzema

UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada Fransa PSJ-sindən Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qapıçısı Anatoli Trubin və İspaniya "Sevilya"sının oyunçusu Yussef En-Nesiri iddia edir.

Neymar Parisdə Türkiyənin "Başakşehir" komandasını 5:1 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. Benzema evdə Almaniyanın "Borussiya" (Mönxenqladbax) klubuna 2:0 hesabı ilə qalib gəldikləri oyunda hər iki qolun müəllifi olub.

En-Nesiri Fransa "Renn"ini 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib. Trubin isə İtaliyada "İnter"lə qolsuz bərabərə qaldıqları görüşdə 4 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi