Çempionlar Liqası: "Mançester Siti"nin 5 futbolçusu rəmzi komandada

Çempionlar Liqası: "Mançester Siti"nin 5 futbolçusu rəmzi komandada Digər 3 klub isə rəmzi komandada hərəyə 2 futbolçu ilə təmsil olunub
Futbol
29 Aprel , 2021 15:31
Çempionlar Liqası: Mançester Sitinin 5 futbolçusu rəmzi komandada

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə İngiltərənin "Mançester Siti" komandasından 5 oyunçu düşüb.

Digər 3 klub isə rəmzi komandada hərəyə 2 futbolçu ilə təmsil olunub.

Qapıçı: Ederson ("Mançester Siti")

Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao ("Real Madrid", İspaniya), Antonio Rüdiger ("Çelsi", İngiltərə), Aleksandr Zinçenko ("Mançester Siti")

Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü "Mançester Siti"), Kristian Pulişiç ("Çelsi"), Anxel Di Mariya (PSJ)

Hücumçu: Kərim Benzema

Qeyd edək ki, yarımfinalın ilk oyunlarında "Çelsi" İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edib, "Mançester Siti" isə Fransada PSJ-yə qalib gəlib - 2:1.

Son xəbərlər

Orphus sistemi