Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu Qalib azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq
Futbol
29 Aprel , 2021 09:00
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubundan Kərim Benzema, İngiltərənin "Çels"i komandasından N Qolo Kante, "Mançester Siti"dən Kevin De Bröyne və Fransa PSJ-sindən Anxel Di Mariya iddia edir.

Benzema evdə "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda fərqlənib. Kantenin həmin oyunda ötürmələrinin 86 faizi dəqiq alınıb.

De Bröyne səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qol vurub. Di Mariya isə bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi