Çempionlar Liqası: Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqası: Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşdi UEFA Çempionlar Liqasında 1/4 final oyunlarınının yekunları əsasında ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
Futbol
16 Avqust , 2020 10:25
Çempionlar Liqası: Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final oyunlarınının yekunları əsasında ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb. 

"Report"un məlumatına görə, siyahıya 4 futbolçu daxil edilib. 

Bunlar Fransa PSJ-sinin hücumçusu Neymar, Almaniya "Leyptsiq"inin müdafiəçisi Dayot Upamekano, "Bavariya"nın forvardı Tomas Müller və "Lion"un ön xətt oyunçusu Mussa Dembeledir. 

Neymar İtaliya "Atalanta"sı ilə görüşün (2:1) ən yaxşısı sayılıb. Upamekanonun çıxışı sayəsində komandası İspaniya "Atletiko"su ilə qarşılaşmada (2:1) yarımfinala vəsiqəni təmin edib. Müller İspaniya "Barselona"sı (8:2), Dembele isə İngiltərə "Mançester Siti"si (3:1) ilə qarşılaşmada dubl edib.

Qeyd edək ki, yarımfinalda "Leyptsiq" - PSJ və "Lion" - "Bavariya" görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi