Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlanıb UEFA Çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.
Futbol
13 Avqust , 2021 15:02
Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.

"Report" xəbər verir ki, münsiflər heyəti hər mövqe üçün 3 futbolçu seçib.

Fransa PSJ-sinin yeni transferi Lionel Messi və İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu siyahıya düşməyib.

Qapıçılar: Tibo Kurtua ("Real Madrid", İspaniya), Ederson ("Mançester Siti", İngiltərə), Eduar Mendi ("Çelsi", İngiltərə)

Müdafiəçilər: Sesar Aspilikueta ("Çelsi"), Ruben Diaş ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi")

Yarımmüdafiəçilər: Kevin de Bröyne ("Mançester Sit"i), Jorjinyo ("Çelsi"), Nqolo Kante ("Çelsi")

Hücumçular: Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya", Almaniya), Killian Mbappe (PSJ, Fransa)

Qeyd edək ki, ən yaxşı oyunçuların adları avqustun 26-da qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi