Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək

Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Futbol
1291
15 Avqust , 2020 07:40
Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşacaq. Görüş Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutacaq.

Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.

13 avqust

Çempionlar Liqası, 1/4 final

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
Baş hakim:
Denni Makkeli
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu

Orphus sistemi