Çempionlar Liqası: "Araz-Naxçıvan" Rumıniya klubuna qalib gəlib

Çempionlar Liqası: "Araz-Naxçıvan" Rumıniya klubuna qalib gəlib "Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.
Futbol
29 Oktyabr , 2021 16:49
Çempionlar Liqası: Araz-Naxçıvan Rumıniya klubuna qalib gəlib

"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

"Report"un məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın "Yunayted Qalati" komandası ilə üz-üzə gəlib.

Ukraynanın İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan"ın qollarını David Qustavo (2), Maneka, Murilo Borges və Felipinyo, "Yunayted Qalati"nin hər üç qolunu isə Daniel Araujo vurub. 35-ci dəqiqədə rəqibin heyətində Octavian Çires qırmızı vərəqə alıb.

İlk görüşdə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun "Ligeni" komandasına qarşı keçirəcək.

Çempionlar Liqası, əsas mərhələ

B yolu, 6-cı qrup

II tur

"Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya) - 5:3

Qollar: David Qustavo, 3:30; 35:38. Maneka, 5:20. Murilo Borges, 19:43; Felipinyo, 36:50 - Daniel Araujo, 6:58; 16:48; 36:37

Baş hakim: Deyan Veseliç (Sloveniya)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında "Uraqan" və "Ligeni" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi