Çempionlar Liqası: Almaniya klubuna texniki məğlubiyyət verilə bilər

Çempionlar Liqası: Almaniya klubuna texniki məğlubiyyət verilə bilər Almaniyanın "Leyptsiq" klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərə "Liverpul"u ilə 16 fevralda nəzərdə tutulan ev oyununu keçirmək üçün variantlar üzərində çalışır.
Futbol
3 Fevral , 2021 23:29
Çempionlar Liqası: Almaniya klubuna texniki məğlubiyyət verilə bilər

Almaniyanın "Leyptsiq" klubunun rəhbərliyi UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərə "Liverpul"u ilə 16 fevralda nəzərdə tutulan ev oyununu keçirmək üçün variantlar üzərində çalışır.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, "öküzlər" Saksoniya Federal Vilayətinin rəhbərliyinə sorğu göndəriblər. Müraciətdə "Liverpul"un Almaniyaya gəlişinə xüsusi icazə istənilib.

Hərçənd, Almaniya hökuməti Böyük Britaniyada koronavirusun yeni ştammının yayılması ilə əlaqədar fevralın 17-dək krallıqla hava əlaqələrini kəsib. Ölkə rəhbərliyi güzəşt etməsə, "Leyptsiq" fevralın 8-də gecəyarıyadək bu barədə UEFA-nı məlumatlandırmalı və hər iki komandanın üz-üzə gələ biləcəyi neytral ölkənin stadionunu təklif etməlidir. Neytral stadion tapılmasa, "öküzlər" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanacaqlar.

Son xəbərlər

Orphus sistemi