Çempionlar Liqası: 1/4 finalın son iştirakçıları müəyyənləşir

Çempionlar Liqası: 1/4 finalın son iştirakçıları müəyyənləşir Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin yekun vurulucaq.
Futbol
16 Mart , 2022 07:30
Çempionlar Liqası: 1/4 finalın son iştirakçıları müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olacaq.

İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olacaq. Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edəcək. İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Meydan sahiblərindən Leonardo Bonuççi, Ueston Makkenni, Denis Zakariya və Federiko Kyeza zədə səbəbindən oyunda iştirak edə bilməyəcəklər. Qonaqların heyətində isə ciddi itki yoxdur.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşacaq. Görüşün baş hakimi italiyalı Davide Massa olacaq. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar.

"Lill"in heyətində Renatu Sanşeş, "Yuventus"da isə Ben Çiluel və Ris Ceyms zədəli olduqları üçün bu oyunu buraxacaqlar.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa) 

İlk oyun - 1:1

00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)

Baş hakim: Davide Massa (İtaliya) 

İlk oyun - 0:2.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.

Son xəbərlər

Orphus sistemi