Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
18 Mart , 2021 01:53
Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, 1/8 finalın son iki cavab matçından sonra Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" klubları növbəti raunda vəsiqə qazanıblar.

Münhen təmsilçisi evdə İtaliya "Latsio"suna, londonlular isə İspaniyanın "Atletiko" (Madrid) komandasına qalib gəlib.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

24:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) - 2:0

Qollar: Hakim Ziyeş, 34, Emerson Palmyeri, 90+4

İlk oyun - 1:0

Qırmızı vərəqə: Stefan Saviç, 82 ("Atletiko")

24:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) - 2:1

Qollar: Robert Levandovski, 33 (penalti), Erik Şupo Motinq, 73 - Marko Parolo

İlk oyun - 4:1

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları 1/4 finala adlayıblar. Bu mərhələnin püşkü martın 19-da atılacaq.

Son xəbərlər

Orphus sistemi