​Çempionlar Liqası.1/4 final: "Porto" "Bavariya"nı məğlub edib

​Çempionlar Liqası.1/4 final: "Porto" "Bavariya"nı məğlub edib "Barselona" səfərdə PSJ-dən üstün olub
Futbol
226
16 Aprel , 2015 01:49
​Çempionlar Liqası.1/4 final: Porto Bavariyanı məğlub edib

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, Portuqaliyada baş tutan matçda "Portu" "Bavariya" üzərində vacib qələbə qazanıb.

Digər qarşılaşmada "Paris Sen Jermen" "Barselona"nı qəbul edib və Zlatan İbrahimoviçin yoxluğunda meydanı məğlub tərk edib.

Cavab oyunları aprelin 21-də keçiriləcək.

Çempionlar Liqası. 1/4 final. 1-ci oyun

"Porto" (Porto, Portuqaliya) – "Bavariya" (Münhen, Almaniya) – 3:1

Qollar: Kuarejma, 3 (1:0, pen); Kuarejma, 10 (2:0); Alkantara, 28 (2:1); Martines, 65 (3:1).

PSJ (Paris, Fransa) – "Barselona" (Barselona, İspaniya) – 1:3

Qollar: Neymar, 18 (0:1); Suares, 67 (0:2); Suares, 79 (0:3); Matye, 82 (1:3, avtoqol).

Son xəbərlər

Orphus sistemi