Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu

Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Futbol
9 Avqust , 2020 00:59
Çempionlar Liqası: 1/4 final cütləri məlum oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, gecənin son cavab görüşlərində "Bavariya" Almaniyada İngiltərənin "Çelsi", "Barselona" isə İspaniyada İtaliyanın "Napoli" komandasını qəbul edib. Hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. 

"Bavariya" ilk matçda 3:0 hesabı ilə yendiyi "Çelsi"ni yenə böyük hesabla məğlub edib - 4:1.

Qalib komandadan hesabı 10-cu dəqiqədə penaltidən Robert Levandovski açıb. 24-cü dəqiqədə İvan Perişiç ikinci qolu vurub. "Zadəganlar"dan Temi Abraham 44-cü dəqiqədə fərqi azaltsa da, 76-cı dəqiqədə Korenten Tolisso yenidən fərqi 2 topa çatdırıb. 84-cü dəqiqədə isə Levandovski dubl edərək, yekun nəticəni müəyyənləşdirib. 

İlk matçda səfərdə "Napoli" ilə 1:1 hesablı heç-heçəyə razılaşmış "Barselona" isə "Nou Kamp"da inamlı qələbəyə imza atıb - 3:1.

İlk qolu 10-cu dəqiqədə Kataloniya komandasından Kleman Lanqle vurub. 23-cü dəqiqədə Lionel Messi, 45+1-ci dəqiqədə Luis Suares fərqi artırıb. İtaliya təmsilçisi 45+1-ci dəqiqədə Lorentso İnsinyenin dəqiq penalti zərbəsi ilə təsəlli tapıb. 

Beləliklə, 1/4 finalda qarşılaşacaqlar:

12 avqust: "Atalanta" (İtaliya) - PSJ (Fransa)
13 avqust: "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) 
14 avqust: "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
15 avqust: "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)
 
Oyunlar "8-lər finalı" formatında Portuqaliyada keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi