Kirilo Petrov: "Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik"

Kirilo Petrov: "Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik" Ağır oyun keçdi. Həm rəqibə, həm də meydançaya qarşı oynadıq. Hava şəraiti də əlverişli deyildi. Meydança ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Sonda 3 xal qazandığımız üçün şadıq.
Futbol
31 Mart , 2019 00:41
Kirilo Petrov: Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik

"Ağır oyun keçdi. Həm rəqibə, həm də meydançaya qarşı oynadıq. Hava şəraiti də əlverişli deyildi. Meydança ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Sonda 3 xal qazandığımız üçün şadıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirərkən deyib.

Çempionluq şanslarına toxunan Petrov həmçinin iki gün sonra "Sumqayıt"ın əsas rəqibləri "Qarabağ"dan xal alacağına ümid etdiyini vurğulayıb: “Bizim kimi, "Qarabağ"ın da çempionluq şansı var. Hazırda biz birinci pillədəyik və son tura qədər burda qalmaq istəyirik. Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. “Neftçi” çoxdandı çempion ola bilmir. Hamımız buna köklənmişik. O ki qaldı "Qarabağ"ın "Sumqayıt"la keçirəcəyi oyuna, bütün komandalar bir-birilərindən xal ala bilər. Ümid edirik ki, “Sumqayıt” “Qarabağ”ı büdrədib, bizə kömək edəcək. Amma bu, idmandır, kim güclüdüsə, o da qalib gəlsin".

Qeyd edək ki, "Neftçi" "Keşlə"ni Emin Mahmudovun penaltidən vurduğu yeganə qol sayəsində məğlub edib.

Son xəbərlər

Orphus sistemi