"Çelsi" Ukrayna klubundan UEFA-ya şikayət edib

"Çelsi" Ukrayna klubundan UEFA-ya şikayət edib İngiltərə təmsilçisi Çelsi Ukraynanın Dinamo (Kiyev) klubundan UEFA-ya şikayət edib.
Futbol
18 Mart , 2019 18:31
Çelsi Ukrayna klubundan UEFA-ya şikayət edib

İngiltərə təmsilçisi "Çelsi" Ukraynanın "Dinamo" (Kiyev) klubundan UEFA-ya şikayət edib.

"Report" "Evening Standard"a istinadən xəbər verir ki, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Kiyevdəki cavab oyununda azarkeşlərin London təmsilçisinin oyunçusu Kallum Hadson-Odoiyə qarşı irqçi ifadələr işlətməsi və təhqir etməsidir.

Bildirilib ki, meydan sahiblərinin fanatları matçın ikinci hissəsində irqçi şüarlar səsləndiriblər. 19 yaşlı hücumçu hadisə ilə bağlı klub rəhbərliyinə müraciət edib. Görüşün UEFA nümayəndəsinə isə məlumat verilib. UEFA məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyən İngiltərə klubu 1/4 finalda Çexiya "Slaviya"sına rəqib olub. 

Son xəbərlər

Orphus sistemi