"Çelsi"nin sabiq futbolçusu klub direktoru olub

"Çelsi"nin sabiq futbolçusu klub direktoru olub İngiltərənin "Çelsi" və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu ölkəsinin təmsilçisi "Qaqnoa" ilə anlaşıb.
Futbol
21 Sentyabr , 2024 13:06
Çelsinin sabiq futbolçusu klub direktoru olub

İngiltərənin "Çelsi" komandasının və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu ölkəsinin təmsilçisi "Qaqnoa" ilə anlaşıb.

"Report" "Koaci"yə istinadən xəbər verir ki, 39 yaşlı keçmiş forvard sözügedən klubda direktor vəzifəsinə təyin olunub.

Karyerasını bərpa edən ön xətt oyunçusu həmçinin bu komandanın heyətində oyunlara da çıxacaq.

Qeyd edək ki, S.Kalu karyerası ərzində Niderlandın "Feyenoord", İngiltərənin "Çelsi", Fransanın "Lill", Almaniyanın "Herta" və Portuqaliyanın "Botafoqo" klublarında forma geyinib. O, Fil Dişi Sahili millisində meydana çıxdığı 97 oyunda 28 qol vurub.

Son xəbərlər

Orphus sistemi