"Çelsi"nin qapıçısı: "Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar"

"Çelsi"nin qapıçısı: "Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar" “Finala vəsiqə qazandığımız üçün şadıq. Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz sərt keçdi və indi son maneəni dəf etməliyik”.
Futbol
24 May , 2019 11:40
Çelsinin qapıçısı: Futbolçular və azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar

“Finala vəsiqə qazandığımız üçün şadıq. Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz sərt keçdi və indi son maneəni dəf etməliyik”.

“Report”un məlumatına görə, bunu İngiltərə təmsilçisi “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Bakıda "Arsenal"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının həlledici qarşılaşması barədə klubun rəsmi saytına danışarkən deyib.

25 yaşlı qolkiper bildirib ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar: “Bu, daha bir çətin oyun olacaq. Derbi və finalda hər şey baş verə bilər. Biz titul qazanmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi