"Çelsi"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq

"Çelsi"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qola Kante İtaliyada "Yuventus"a qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununu buraxacaq.
Futbol
28 Sentyabr , 2021 15:41
Çelsinin futbolçusu Yuventusla oyunu buraxacaq
N Qolo Kante

İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qola Kante İtaliyada "Yuventus"a qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununu buraxacaq.

"Report" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi koronavirusa yoluxduğu üçün London təmsilçisinə kömək edə bilməyəcək.

Bundan əlavə, fransalı oyunçu İngiltərə Premyer Liqasının VII turunda "Sautgempton"la matçda da meydana çıxmayacaq.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq "Yuventus" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Çelsi"nin "Sautgempton"la görüşü oktyabrın 2-də olacaq.

Son xəbərlər

Orphus sistemi