“Çelsi”nin futbolçusu karyerasını “Milan”da davam etdirəcək
Futbol
- 27 iyun, 2023
- 02:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını “Milan”da davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya klubu futbolçu üçün 16 milyon avro ödəyəcək. Daha 4 milyon avro bonus olaraq “Çelsi”nin hesabına köçürülə bilər.
Ötən mövsüm Loftus-Çik London klubunun heyətində 33 dəfə meydana çıxıb və iki dəfə məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimidir.
“Transfermarkt”a görə oyunçunun bazar dəyəri 25 milyon avrodur. 27 yaşlı futbolçu 2015-ci ilin yanvarında “Çelsi”yə keçib.
Son xəbərlər
08:32
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:29
SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
Region
08:21
Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb – Yenilənib
Digər ölkələr
08:14
Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur
07:56
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
Digər ölkələr
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr