“Çelsi”nin futbolçusu karyerasını Çində davam etdirəcək

“Çelsi”nin futbolçusu karyerasını Çində davam etdirəcək 28 yaşlı hücumçu “Tyanszin Syuanszyan” klubu ilə razılıq əldə edib
Futbol
4 May , 2017 15:48
“Çelsi”nin futbolçusu karyerasını Çində davam etdirəcək

Bakı. 4 may. REPORT.AZ/ İngiltərənin “Çelsi” komandasının və İspaniya milli komandasının futbolçusu Dieqo Kosta karyerasını Çində davam etdirəcək.

“Report” “The Sun” nəşrinə istiandən xəbər verir ki, 28 yaşlı hücumçu “Tyanszin Syuanszyan” klubu ilə razılıq əldə edib.

Sövdələşməyə əsasən, İspaniya yığmasının üzvünün illik əmək haqqı 29 milyon avro təşkil edəcək.

Qeyd edək ki, D.Kosta 2014-cü ildə İspaniyanın “Atletiko” komandasından “Çelsi”yə keçib və 5 illik müqavilə bağlayıb. O, cari mövsümdə London təmsilçisinin heyətində iştirak etdiyi 38 oyundan 20 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi