"Çelsi"nin futbolçusu əməliyyat olundu

"Çelsi"nin futbolçusu əməliyyat olundu İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Rodriges çiynindən əməliyyat olunub.
Futbol
4 Avqust , 2020 13:08
Çelsinin futbolçusu əməliyyat olundu
Pedro Rodriges

İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Rodriges çiynindən əməliyyat olunub.

"Report"un məlumatına görə, bununla bağlı ispaniyalı hücumçu özünün "Instagram" hesabında paylaşım edib.

Əməliyyatın uğurlu keçdiyini yazan 33 yaşlı forvard tezliklə meydana qayıdacağını bildirib. İngiltərə Kubokunun finalında "Arsenal"a 1:2 hesablı məğlubiyyətə təəssüflənən Pedro sonda dəstəklərinə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, "Arsenal"la matçın sonuncu dəqiqəsində rəqib komandanın qapıçısı ilə toqquşan Pedro Rodriges meydanı xərəkdə tərk etmişdi.

Son xəbərlər

Orphus sistemi