"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı

"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı 2019/2020 mövsümünün sonunda İngiltərənin "Çelsi" klubu ilə müqaviləsi başa çatan Villianın yeni komandası müəyyənləşib.
Futbol
496
6 Avqust , 2020 15:46
Çelsinin futbolçusu Arsenalla anlaşdı

2019/2020 mövsümünün sonunda İngiltərənin "Çelsi" klubu ilə müqaviləsi başa çatan Villianın yeni komandası müəyyənləşib.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını "Arsenal"da davam etdirəcək.

32 yaşlı yarımmüdafiəçi artıq Londonun digər tərmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Təcrübəli oyunçunun yeni komandasında həftəlik 110 000 avro qazanacağı bildirilib.

Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən "Çelsi"də çıxış edən Villian daha əvvəl Rusiyada "Anji", Ukraynada "Şaxtyor" və ölkəsində "Korintians" klublarının formasını geyinib. Ötən mövsüm 36 oyunda meydana çıxan Cənubi amerikalı 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi