"Çelsi"nin futbolçusu 10 ildən sonra Runinin uğurunu təkrarladı

"Çelsi"nin futbolçusu 10 ildən sonra Runinin uğurunu təkrarladı Qarşılaşma mayın 29-da olacaq
Futbol
6 May , 2021 10:27
Çelsinin futbolçusu 10 ildən sonra Runinin uğurunu təkrarladı
Meyson Maunt

İngiltərənin "Çelsi" klubunun futbolçusu Meyson Maunt 10 ildən sonra "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin nailiyyətini təkrarlayıb.

"Report"un məlumatına görə, 22 yaşlı hücumçu 2011-ci ildən sonra Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ilk ingiltərəli oyunçu olub.

Maunt evdə İspaniyanın "Real Madrid" klubunu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Son olaraq 2011-ci ildə Runi "Mançester Yunayted"in heyətində Almaniyanın "Şalke" klubuna yarımfinal oyununda qol vurub.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi "Mançester Siti" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi